Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:16

İrandan kafel gətirən maşınlar 2 aydır Astara gömrüyündə qalıb


Astara gömrüyündən buraxılmayan maşınlar

Astara gömrüyündən buraxılmayan maşınlar

-
Astara gömrüyünün həyətində 15-ə yaxın yük maşını saxlanmaqdadır. Həmin maşınlar oktyabr ayının 27-dən orada saxlanır. Bu maşınların buraxılması istiqamətində hələ heç bir iş görülməyib. Bu barədə AzadlıqRadiosuna yük maşınlarının birinin sahibi Vidadi Abbasov deyib.

İrandan “Ulduz” firması üçün kafel gətirən yük maşınları 2 aydır ki, gömrükdə saxlanır. “Ulduz” firmasının sahibi Mədət Pənahov gömrük rüsumlərını ödədiyini və bütün sənədlərinin yerində olduğunu deyir. Mədət Pənahovun iddiasına görə, gömrük ondan monopolistlə görüşməyi, onlardan razılıq almağı tələb edir. Sahibkar Astara gömrüyünü məhkəməyə verdiyini bildirir.

Gömrükdə saxlanan maşınların sürücüləri həm yerli dövlət orqanlarına, həm də nazirlik və komitələrə müraciət edərək, maşınların boşaldılıb onlara verilməsini istəyirlər. Lakin müraciət olunan təşkilatlardan hələ müsbət cavab alınmayıb. Sürücü Vidadi Mirzəyev bildirir ki, 3 aydır qazancları yoxdur, son ümid yeri prezident aparatınadır. Prezident aparatına getmək məqsədilə Bakıya gəlmək üçün də pulları yoxdur.

Gömrük komitəsi və Astara gömrük idarəsi bu məsələyə aydınlıq gətirmək istəmirlər.
XS
SM
MD
LG