Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:16

Sumqayıtda Əliyevin tortu kəsilmədi- [Video]


-
Son bir neçə ildə ənənə yaranmışdı. Sumqayıtda yoğrulub - bişirilən tort prezident İlham Əliyevin ad günündə - dekabrın 24-də kəsilirdi.

Sumqayıt icra hakimiyyətindən AzadlıqRadiosunun əməkdaşına bildirilib ki, tort bu gün kəsilməyəcək.

Tortdan dadmaq üçün səhər saatlarından icra hakimiyyətinin qarşısına gələn yaşlı Sumqayıt sakini deyir ki, şirniyyat yemədən evinə dönməyə məcbur qalıb.

İcra hakimiyyəti tortu – Yeni il şənliyinə görə, dekabrın 29-da kəsməyi düşünür.

İlham Əliyevin ad günündə tort bişirmək ənənəsi Gəncədən başlanıb. Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov o şəhərdə başlatdığı ənənəni indi Sumqayıtda davam etdirir. Və yenə prezident İlham Əliyevin doğum günündə onun şərəfinə tort hazırlatdırır.

Tədbir həmişə izdihamlı keçir. Kimini vəzifə borcu, kimini, adi maraq, kimini də, sadəcə, tort dadmaq həvəsi Sumqayıt icra hakimiyyəti binasının qarşısındakı meydana gətirir. Beləcə, sakinlərin «bayraq meydanı» dedikləri yerdə həm də tort yeyirlər...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG