Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:04

Rəsədxananın ətrafında yerləşən binalarla bağlı araşdırmalar aparılır


-
Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında tikilən 2 mərtəbəli binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb.

APA-nın verdiyi məlumata görə, bu barədə AMEA-nın vitse-prezidenti Akif Hacıyev bildirib.

A. Hacıyev deyib ki, məktubun sürəti AMEA-ya da təqdim olunub.

Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılıb.

A. Hacıyev artıq astrofiziklərin rəy hazırladıqlarını nəzərə çatdırıb:

“Bu rəylər AMEA-nın prezidenti Akif Əlizadəyə təqdim edilib. Bu rəylərdə qeyd edilib ki, rəsədxana ərafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG