Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:37

Lənkəranda yanğın hadisəsi baş verib


-
Hadisə ötən gecə şəhərin “Kiçik Bazar” qəbiristanlığının ərazisində qeydə alınıb. Məlumatı APA yayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğının genişlənməsinin qarşısı alınıb.

Yanğın yaxınlıqda yerləşən, 51 yaşlı şəhər sakini Əlisa Məmmədova məxsus anbar və gözətçi otağını əhatə edib. Ümumi sahəsi 160 kv/m olan tikilinin 50 kv/m ərazisi tamamilə yanaraq sıradan çıxıb. Yanğınsöndürənlər tikilinin içərisində 2 qaz balonu da aşkarlayıblar. Yanğının baş verməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Qəbiristanlıq ərazisindəki yanğın qəbir daşlarından bir neçə metr aralıda baş verdiyindən qəbir daşlarına ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG