Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

Gəncədə binanı partladacağını deyən şəxs saxlanıb


Gəncəli “kamikadze”, qadın və qumbara
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
-
Dekabrın 23-də bütün Gəncəni ayağa qaldıran olay baş verib. Dədə Qorqud küçəsində baş verən olay heç də məşhur dastanın qəhrəmanlarını yada salmayıb. Hətta Qorqud Dədə dirilib gəlsə, bu olayda adı hallanan adama nə ad verəcəyini çaşdırardı.

Qısası, bir nəfər beşmərtəbəli binanın 3-cü qatındakı eyvana çıxaraq əlindəki qumbarayla binanı partladacağını deyib. Olay şahidlərinin dediyinə görə, həmin şəxsdən başqa evdə bir qadın da olub. Gəncəli «kamikadze» tez-tez eyvandan boylanıb və əlindəki qumbara ilə evi də, qadını da partladacağını deyib...

Yaxınlıqdakı sakinlər 112 xidmətinə məlumat verib. Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Danışıqlardan sonra polis həmin şəxsi zərərsizləşdirə bilib. Gəncə şəhər Baş Polis İdarəsindən AzadlıqRadiosuna bildirilib ki, evi partlatmaq istəyən şəxs 32 yaşlı Əflatun Abdıyev olub.

Polisin gəldiyi ilkin nəticəyə görə, olay onunla birgə yaşadığı qadın arasındakı mübahisədən qaynaqlanıb.

Məsələylə bağlı araşdırma aparılır.
XS
SM
MD
LG