Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16
-

Cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş tənqidçi Elnarə Tofiqqızının xatirəsinə həsr olunan kitab çap olunacaq. Həmin kitab iki hissədən ibarət olacaq. Birində Elnarə xanımın öz yazıları, digərində isə onun haqqında olan yazılar toplanacaq.

Bu barədə dekabrın 23-də tənqidçinin axır illərdə çalışdığı Bakı Slavyan Univerisitetində keçirilmiş anım tədbirində məlumat açıqlandı.

Anım tədbiri Elnarə Tofiqqızının həyat və yaradıcılığı haqda videoçarxın nümayişi ilə başlanıb. Rektor Kamal Abdulla mərhumun tənqidçi olmaqdan əlavə BSU-nun Yaradıcılıq fakültəsinin dekanı kimi fəaliyyət göstərdiyini və işinin öhdəsindən məharətlə gəldiyini də vurğuladı:

“Mən təkcə istedadlı tənqidçini, universitetin dekanını yox, sanki bir bacımı, məsləkdaşımı itirmişəm. Allah ona rəhmət eləsin, ailəsinə, doğmalarına səbr versin. Biz adətən dostlarımız haqqında deyirik ki, biz onu qoruya bilmədik. Amma Elnarə xanım həm qoruya bildiyimiz, həm də qoruya bilmədiyimiz dostumuzdur. Bilmirəm, o bizi bağışlaya biləcək, ya yox”.

Yazıçı, millət vəkili Aqil Abbas bildirdi ki, “həkim səhlənkarlığı ucbatından baş verən belə hadisələr tez-tez təkrarlanır”. Onun fikrincə, belə hallar cəzasız qalır:

“Təəssüf ki, bu işlə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. Biz belə hallara qarşı axıra kimi mübarizə aparacağıq. Elnarə xanımın yoxluğunu ədəbiyyatımız, tənqidimiz üçün böyük itki sayıram”.

Tədbirdə çıxış edən tənqidçi və yazarlar Rüstəm Kamal, Cavanşir Yusifli, Qan Turalı, Etibar Başkeçid, Qəşəm Nəcəfzadə, Rəbiqə Nazimqızı və başqaları Elnarə Tofiqqızı haqda xatirələrini bölüşdülər.

Günün bütün mövzuları

XS
SM
MD
LG