Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Mikhail Kalashnikov 94 yaşında vəfat edib


Mikhail Kalashnikov, 20 fevral 1997

Mikhail Kalashnikov, 20 fevral 1997

Məşhur “Kalashnikov” avtomat silahının yaradıcısı, əfsanəvi konstruktor Mikhail Kalashnikov dekabrın 23-də 94 yaşında İjevskdə vəfat edib.

Mikhail Kalashnikov texnika elmləri doktoru, general-leytenant idi. Sovet hakimiyyəti illərində ölkənin ən yüksək mükafatlarına layiq görülmüşdü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, həmçinin sovetlərin dağılmasından sonra Rusiya Federasiyasının Qəhrəmanı adlarına layiq görülmüşdü.

19 UŞAQLI KASIB AİLƏNİN ÖVLADI ŞAİR OLMAQ ARZUSUNDAYDI

Onun yaratdığı AK-47 ordunun ixtiyarına veriləndə bəlkə də çoxlarının ağlına gəlməzdi ki, vaxt gələcək o üsyançı döyüşçülərin, terrorçuların, hətta yer üzündəki kiçik cinayətkar qrupların da çox istifadə etdikləri bir silaha çevriləcək.

Kalashnikov 1919-cu ildə Altay regionunda 19 uşaqlı kasıb bir ailədə dünyaya gəlib. Gəncliyində şair olmağı arzulayırmış. Həyatı boyu da şeirlər yazıb, 6 kitabı çap edilib.

Amma silah düzəldilməsi sahəsində fitri istedadı onu hər şeydən daha məşhur etdi.
1938-ci ildə orduya çağırılan Kalashnikov əvvəlcə tank sürücüsü, sonra mexanik oldu. 1941-ci ildə müharibədə yaralanana qədər tank heyəti komandiri vəzifəsinə qədər yüksəlmişdi.

XƏSTƏXANA ÇARPAYISINDA YARANAN İDEYA

Yaralı olarkən xəstəxanada yatarkən yaralı əsgərlərin orduda istifadə edilən tüfənglərdən narazılıqlarını eşidir. Bununla da yarıavtomat bir silah düzəltməyə başlayır.

Onun istedadını nəzərər alan ordu rəhbərliyi kalashnikovu 1942-ci ildə artilleriya bölməsinə cəlb edirlər. 1946-cı ilə qədər sonradan AK-47 kimi tanınan “Avtomat Kalashnikov 1947”-nin üzərində çalışır. 1947-ci ildə silahın ilk nümunəsi hazır olur. Iki il sonra isə bu hücum silahı ordunun istifadəsinə verilir.

Etibarlılığına, asan və müxtəlif şəraitlərdə istifadə oluna bilməsinə görə AK-47 Soyuq Müharibə illərinin demək olar bütün dövrlərində əsas silaha çevrilir.

AK-47 ATOM BOMBASINDAN DAHA ÇOX ADAM ÖLDÜRÜB?

AK-47 Sovet hakimiyyətinin himayəsi ilə həyata keçirilən üsyanların ən məşhur silahına çevrildi. Hətta Mozambikin dövlət bayrağında əski vuruldu.

Amma eyni zamanda çox ucuz əldə edilə bilməsinə görə dümək olar dünya boyunca yayıldı. Bəzi hesablamalara görə AK-47 silahı Yaponiyanın Hiroshima şəhərinə atılmış atom bombasından daha çox insanın həyatına bais olub.

60 ildən çox müddətdə 100 milyondan çox AK-47 silahı istehsal edilib.

15 DOLLARA AK-47

BMT-nin keçmiş Baş katibi Kofi Annan 2001-ci ildə bildirirdi ki, bəzi ölkələrdə Ak-47 silahını hətta 15 dollara, yaxud bir kisə taxıla almaq olur:

“İstifadə olunması çox sadədir, təlimə çox da ehtiyac duyulmur, qısa müddətdə uşaq da ondan istifadə edə bilir. Daşımaq asandır. Çox cüzi qulluq tələb edir və uzun müddət istifadəyə yararlı qalır.”

Kalashnikov özü də yaratdığı silahdan bəzən narahat olduğunu deyirdi:

“Ak-47-ni Al-Qaeda lideri Osama bin Ladenin də əlində görəndə hirslənirəm. Amma mən nə edə bilərəm. terrorçular da əfəl deyillər, onlar da ən etibarlı silaha sahib olmaq istəyirlər.

Mən bu silahı ana vətənimin sərhədlərinin müdafiəsi üçün düzəltmişdim. Amma mənim günahım deyil ki, bu silahdan nəzərdə tutulmayan yerdə də istifadə edirlər. Bu məsələdə siyasətçilər günahkardırlar, konstruktorlar yox. Mən onu vətənin sərhədlərinin müdafiəsi üçün düəzltmişəm, qoy yalnız həmin məqsədlə də istifadə edilsin.”
– deyə Kalashnikov 2002-ci ildə bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG