Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Rusiya ilkin olaraq Ukraynaya 3 milyard dollar ayırır


Ukraynada etiraz aksiyası

Ukraynada etiraz aksiyası

Rusiya Ukrayna ilə əldə olunmuş razılaşma əsasında çərşənbə axşamı ilkin olaraq Kiyevə 3 milyard dollar köçürəcək.Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Bu günlərdə Ukrayna prezidenti Viktor Yanukovychin Moskvaya səfəri zamanı Rusiyanın Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar qoyması və qazın ucuzlaşdırılması ilə bağlı razılaşma əldə olunub.

Paytaxt Kiyevdə isə Avropaya inteqrasiya tələbi ilə etiraz aksiyası davam edir.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Müxalifət hökumətin istefası və vaxtından əvvəl seçkilər keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG