Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilmədi


-
Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimlinin apellyasiya şikayətinə baxılıb.

Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi və Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməmişdi. Pərviz Həşimli Səbail məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

Apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG