Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

Yerevanda Rusiya ilə qaz razılaşması əleyhinə etiraz aksiyası keçirilir


Yerevanda parlamentin binası qarşısında etiraz aksiyası. 23 dekabr 2013

Yerevanda parlamentin binası qarşısında etiraz aksiyası. 23 dekabr 2013

-
Ermənistanda Rusiya ilə imzalanan qaz müqaviləsinə etiraz olaraq aksiya keçirilir.

Ermənistan parlamenti müxalifətin etirazına baxmayaraq bazar ertəsi hökumətlərarası razılaşmanı təsdiqləyib.Səsvermədə yalnız hakim partiyadan olan deputatlar iştirak edib.

Bu sənəd prezident Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də Yerevana səfəri zamanı imzalanmışdı. Müxalifət hesab edir ki, bu ölkənin müstəqilliyini sual altında qoyur.

Razılaşmaya əsasən birkə şirkətdə 80 faiz payı olan Rusiyanın Qazprom şirkəti qalan 20 faizi də götürür.Bundan başqa Ermənistan 2043-cü ilədək digər şirkətlərdən qaz almaq və bu şərti dəyişmək imkanından məhrum edilir.

Ermənistan prezidenti Serz Sarkisian bu ilin sentyabrında ölkəsinin Rusiyanın rəhbərlik etdiyi vahid gömrük ittifaqına qoşulacağını bəyan edib. O dekabrın 24-də Avrasiya iqtisadi şurasının iclasında iştirak etmək üçün bu gün Moskvaya yollanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG