Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37

İmişlidə olan Kəmaləddin Heydərov fəlakət qurbanlarını qəbul etmədi


Nazirlə görüşə gələn vətəndaşlar

Nazirlə görüşə gələn vətəndaşlar

-
Dekabrın 23-ü Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində qəbul keçirir. Qəbulda Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, həmin ərazilərdə məskunlaşan məcburi köçkünlər iştirak edir.

NAZİR 50 NƏFƏRİ, MÜAVİNLƏRİ 1000 NƏFƏRİ QƏBUL EDİR

Bir neçə gün əvvəldən yerli icra hakimiyyəti İmişlidəki Yanğından Mühafizə Hissəsinin inzibati binasına gedən Muğan küçəsini asfaltlayıb, yol kənarında təmizlik işi aparıb. Qəbul keçirildiyi inzibati bina da bir neçə gün öncə rənglənib.

Nazirlə görüşə gələnlərin sayı isə 50 nəfərdən çox deyil. Qəbula yazılanların əksəriyyəti 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində yaşayış evləri qəzalı vəziyyətə düşənlər olduğundan, onların qəbulu üçün ayrıca məkan- “Gənclər Mərkəzi” seçilib. Nazir Kəmaləddin Heydərovun qəbul keçirdiyi Yanğından Mühafizə Hissəsi ilə həmin mərkəzi bir neçə kilometr məsafə ayırır. Rayonda çoxsaylı inzibati bina olduğu halda, tədbirin şəxsi mülkiyyətdə olan iaşə obyektində keçirilməsi də maraq doğurur.

BİR DƏQİQƏLİK QƏBUL

Görüşə gələn şikayətçilər

Görüşə gələn şikayətçilər

Səhər açılandan yüzlərlə bölgə sakini əllərində məktub və fotoşəkillərlə sözügedən mərkəzin önünə toplaşıb. Eyni vaxtda, daha bir neçə yüz adam qəbula yazılmaq üçün növbəyə dayanıb. Onların arasında əlillər, qadınlar və ahıl yaşlılar üstünlük təşkil edir.

Hava qaralanadək növbəsi çatmayacağından narahatlıq keçirilənlərə bildirilir ki, qəbul fasiləsiz olaraq davam edəcək və ən sonuncu müraciət gecə saatlarında olsa belə dinləniləcək.

Saat 10-dan başlayaraq tədbirin təşkilinə məsul olan FHN əməkdaşları səsgücləndirici ilə iştirakçıların ad-soyadını elan etməyə başlayəb. Qəbula gələnlər “Gənclər Mərkəzi”nin ön hissəsindən binaya daxil olur, arxa qapıdan çıxırlar.

“Mərkəz”dən çıxanlar bildirir ki, burada FHN-in ayrı-ayrı vəzifəli şəxsləri onların yazılı müraciətlərini qəbul edir, problemlərini sözlə ifadə etməsi üçün cəmi 1 dəqiqə vaxt ayırır. İçəridə tez-tez qalmaqal, qışqırıq qopmağı barədə də danışılır, özlərini pis hiss edənlər başqa şəxslərin köməyi ilə bayıra çıxarılır.

Qəbula FHN-in geniş bir kontingenti cəlb edilib. İctimai yerdə kütləvi toplaşma ilə əlaqədar İmişli rayon polis şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Ərazidə mülki geyimdə olan çoxsaylı dövlət qulluqçuları, yanğından mühafizə və “təcili yardım” avtomobilləri var.

Şərhləri göstər

XS
SM
MD
LG