Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

Yerevanda etiraz aksiyası keçirilir


Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası
Ermənistanda Rusiya ilə imzxalanan qaz müqaviləsinə etiraz olaraq aksiya keçirilir.

Ermənistan parlamenti müxalifətin etirazına baxmayaraq bazar ertəsi hökumətlərarası razılaşmanı təsdiqləyib.Səsvermədə yalnız hakim partiyadan olan deputatlar iştirak edib.

Bu sənəd prezident Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də Yerevana səfəri zamanı imzalanmışdı.Müxalifət hesab edir ki, bu ölkənin müstəqilliyini sual altında qoyur.Razılaşmaya əsasən birkə şirkətdə 80 faiz payı olan Rusiyanın Qazprom şirkəti qalan 20 faizi də götürür.Bundan başqa Ermənistan 2043-cü ilədək digər şirkətlərdən qaz almaq və bu şərti dəyişmək imkanından məhrum edilir.

Ermənistan prezidenti Serz Sarkisian bu ilin sentyabrında ölkəsinin Rusiyanın rəhbərlik etdiyi vahid gömrük ittifaqına qoşulacağını bəyan edib. O dekabrın 24-də Avrasiya iqtisadi şurasının iclasında iştirak etmək üçün bu gün Moskvaya yollanır.
XS
SM
MD
LG