Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31
-
Dekabrın 23-də Lənkəran rayon Məhkəməsində “Müsavat” başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə davam edib.

Hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Yadigar Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.

Proses yanvarın 13-də davam edəcək.

Yadigar Sadıqov iyunun 27-də saxlanıb. O, II qrup Qarabağ əlili Rəşid Kərimovu döyməkdə ittiham olunur.

Şərhləri göstər

XS
SM
MD
LG