Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:56
Russi Rayot qrupunun üzvləri Nadejda Tolokonnikova və Mariya Alyoxina ötən həftə verilən amnistiya ilə azadlığa çıxıblar.

Tolokonnikova jurnalistlər qarçğşısında çıxış edərkən Rusiyada insan haqlarının pozulmasına diqqət yetirmək üçün Soçi Olimpiadasını baykot etməyə çağırıb. Alyoxina isə amnistiyanı ictimaiyyətə gediş adlandırıb və bildirib ki, əgər fərman məcburi olmasaydı, ondan imtina edərdi.O həmçinin insan haqları uğrunda mübarizə aparacağını bildirib.

Alyoxinanın İşgəncələr əleyhinə komitədə görüşlər keçirəcəyi gözlənilir.

Feminist pank qrupu olan Pusi Rayotun üzvləri Moskvadakı kilsələrdən birində dini mərasimi pozaraq prezident Putinin əleyhinə mahnı oxuduqlarına görə, 2012-ci ilin fevralında 2 il azadlıqdan məhrum edilmişdilər. Qrupun 1 üzvü isə şərti cəza almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG