Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:42

«Qorxma mən səninləyəm! 1919» filmi mükafat aldı


 “Qorxma, mən səninləyəm! 1919” filmi
“Qorxma, mən səninləyəm! 1919” filmi
-
Rusiyanın Tula şəhərində “Gülümsə, Rusiya!” (“Ulıbnis, Rossiya”) XIV komediya filmləri festivalı keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, münsiflər heyətinin yekdil rəyinə əsasən, Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filmi “Festivalın ən yaxşı filmi” mükafatına layiq görülüb.

Filmin bəstəkarı Polad Bülbüloğluna ayrıca diplom təqdim edilib.

Festivalın rəhbəri tanınmış Rusiya kinorejissoru və ssenaristi Alla Surkovadır.

Getdikcə məşhurlaşan bu festival Tulada artıq üçüncü dəfədir keçirilir.

Builki festivalda Rusiyada çəkilmiş komediya filmləri nümayiş etdirilib, eləcə də bir neçə ekran əsərinin premyerası olub.

Festivalın bağlanış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin yaradıcı heyəti adından festivalın təşkilatçılarına və iştirakçılarına, münsiflər heyətinə təşəkkürünü bildirib.

Bu ekran əsərini bəzəyən məşhur mahnının müəllifin ifasında təkrar səslənməsi hamının ürəyincə olub.

Xatırladaq ki, 1981-ci ildə lentə alınmış "Qorxma mən səninləyəm" filminin davamı olan bu ekran əsəri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır.

Filmdəki hadisələr Azərbaycanda Demokratik Cümhuriyyətin qurulması ərəfəsində baş verir.

Ötən ay - noyabrın 15 də Heydər Əliyev sarayında filmin premyerası keçirilmişdi.
XS
SM
MD
LG