Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Hansı mətbuat xidməti daha yaxşı işləyir?


-
“Jurnalistlərin Müsahibə Klubu” Facebookda “2013-cü ildə hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirib.

4 gün davam edən sorğunun nəticələrinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov qalib olub. O, 17 səs toplayıb. 2-ci yerdə 14 səslə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, 3-cü yerdə 8 səslə Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibləri gəlir.

11 dövlət qurumunun mətbuat xidmətinin rəhbərinə ümumiyyətlə səs verilməyib. Onlar arasında Fövqəladə Hallar, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və digər qurumlar yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG