Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

Azərbaycan 6 ayda «Azərspace-1» peykindən 10 milyon dollar qazanıb


-
2013-cü ilin 6 ayında Azərbaycan «Azərspace-1» peykindən 10 milyon dollar gəlir əldə edib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, «Azerspace-1» süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.

Əli Abbasovun sözlərinə görə, bu peykin istismarında, əsasən, Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.

“Azerspace” peykinin istehsalçısı qismində ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülüb.

Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1” 230 milyon dollar xərclənib. Bura peykin tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılması daxildir.

Əli Abbasov deyir ki, «Azerspace-1» peykinin 15 il istismar müddəti ərzində ümumilikdə 650 milyon ABŞ dolları gəlir gətirəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG