Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə hazırlaşır


-
2014-cü ilin iyunundan Azərbaycan Avropa Şurası Nazirlər komitəsinə sədrliyi başlayır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, sədrliklə bağlı fəaliyyət planı hazırdır.

APA-nın məlumatına görə, Səməd Seyidov hazırda fəaliyyət planının Azərbaycan və Avropa Şurası arasında müzakirə olunduğunu söyləyib. S.Seyidov hələlik planda yer alan prioritetləri açıqlamayıb. Amma bildirib ki, Azərbaycanın sədrliklə bağlı prioritetləri Avropa Şurasının prioritetləri ilə üst-üstə düşür.

S. Seyidov deyib ki, Azərbaycanın 2014-cü ilin iyunundan Avropa Şurasına sədrliyi ilə əlaqədar gələn il mayın sonlarında Bakıda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG