Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16

Pussy Riot qrupunun üzvü azadlığa çıxdı


-
Pussy Riot qrupunun üzvü Maria Alyokhina dekabrın 23-ü səhər saatlarında azadlığa buraxılıb. O, amnistiya qərarına əsasən sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosunun rus xidmətinə onun vəkili məlumat verib. Bildirib ki, hazırda Maria Alyokhina həbsxananın yerləşdiyi Nijni Novqoroddadır və bir müddət orada qalıb görüşlərdə iştirak edəcəyi planlaşdırılır. Onun həmçinin, İşgəncələr əleyhinə komitədə də görüşlər keçirəcəyi gözlənilir.

Feminist pank qrupu olan Pussy Riot qrupu Moskvada kilsədə mərasimi pozaraq prezident Putin əleyhinə mahnı oxumuşdu.

2012-ci ilin fevralında məhkum olunan qrup üzvlərindən 2-si barədə həbs qərarı verilmişdi. Qrupun 1 üzvü isə şərti cəza almışdı.

Qrupun hazırda həbsdə olan digər üzvü - Nadezhda Tolokonnikovanın da amnistiya ilə azadlığa buraxılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG