Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

«Pussy Riot» qrupunun hər iki üzvü azadlıqdadır


Pussy Riot qrupunun həbs olunan üzvləri

Pussy Riot qrupunun həbs olunan üzvləri

-
Pussy Riot qrupunun digər üzvü Nadezhda Tolokonnikova da azadlığa çıxıb.

Qrupun üzvləri Rusiyanın Dövlət Dumasının konstitusiya günü münasibəti ilə imzaladığı amnistiyaya əsasən sərbəst buraxılıblar.

Amnistiya 25 minədək məhbusa şamil olunub.
----
Maria Alyokhina həbsxanadan çıxarkən

Maria Alyokhina həbsxanadan çıxarkən

Pussy Riot qrupunun üzvü Maria Alyokhina dekabrın 23-ü səhər saatlarında azadlığa buraxılıb. O, amnistiya qərarına əsasən sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosunun rus xidmətinə onun vəkili məlumat verib. Bildirib ki, hazırda Maria Alyokhina həbsxananın yerləşdiyi Nijni Novqoroddadır və bir müddət orada qalıb görüşlərdə iştirak edəcəyi planlaşdırılır. Onun həmçinin, İşgəncələr əleyhinə komitədə də görüşlər keçirəcəyi gözlənilir.

Feminist pank qrupu olan Pussy Riot qrupu Moskvada kilsədə mərasimi pozaraq prezident Putin əleyhinə mahnı oxumuşdu.

2012-ci ilin fevralında məhkum olunan qrup üzvlərindən 2-si barədə həbs qərarı verilmişdi. Qrupun 1 üzvü isə şərti cəza almışdı.

Qrupun hazırda həbsdə olan digər üzvü - Nadezhda Tolokonnikova da amnistiya ilə azadlığa buraxılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG