Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Azərbaycan Yazıçılar Birliyinin üzvünün meyidi aşkarlanıb


-
APA-nın yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng daxil olub ki, Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 61 yaşlı qadın köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Araşdırma nəticəsində məlum olub ki, bir neçə gün əvvəl öz mənzilində dünyasını dəyişən qadın Əzizova Nəzakət Məhərrəm qızıdır. O, tanınmış şairə və ədəbiyyatşünasdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəzakət Əzizova çoxsaylı kitabların müəllifidir. O, 2000-ci ildə Hüseyn Cavid dramaturgiyasından dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG