Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Susmaca - Babək Ağayevdən yeni şeirlər


​-


Bu şeirləri adlarının açıqlanmasını istəməyən “gizəmli” dostlarım H. Və S.-yə, bir də bir dəfə yuxusunda “anasının aparıb saçını kəsdirməsiçün başını evdə qoyub getdiyini” görən dostum Nuranəyə ithaf edirəm.



şeir məncə...

(şeir-dən öncə masturbasiya - mütləq)
şeir zatən bir yığın qusuntu- ortasında (ya da kənarlarında) nanə yarpaqlarıyla
şeir şairin ikidə, oxurun dörddəbiri ola bilirsə şeir və ya
şeir heç şair olmasa arada - başdanbaşa şeir
şeir uzağı yaxına gətirib, yaxını uzaqdan qoparan
şeir qadınsı yazılmasa, ya da onu qadın yazmasa
şeir aparmasa (səni), gətirsə (özünə)
şeir səndən keçsə bir an, bircə an
şeir ayıq olmasa - ola bilməz ki zatən
şeir oynanılsa hərdən- bəzən lap ürəkdən
şeir gizlənmə, gizlənmə özgürlük, özgürlük şeir
(şeir-dən sonra masturbasiya - həvəsiniz qaldısa)


symphonia

allegro:
sən özündən sonra çoxalmağa başlamısan şəhərdə
andante:
ən çox da döngələrdə çıxırsan qabağıma
menuetto:
mən səndən sonra azalmağa başlamışam içimdə
finale:
mənə sənsizlik boyda varlıq qoyub getsən də
durnalar


durnalar/ durarlarmı duranlar
durnalar/ duranlar durmazlar
durnalar/ durmazlar durnalar
durnalar/ durnalar qatarlar
qatarlar qatarlar/ durnalar


susmaca

yastığımın içi boş
anamın gülüşü xoş
özüm sərxoş gecəylə

tanrılar tapmacayla
ölülər gülməcəylə
kimi də susmacayla

bu ölçünün adı- sən
sən sən sən sən sən sən sən
bir də “mən”- tək hecayla


nostalji

dənizə bax sən
mən də gözlərinə
hansımız daha uzaq uçub gedər
mən qağayı ya kədər?

Babək Ağayev

Babək Ağayev

Günün bütün mövzuları

XS
SM
MD
LG