Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Tehran meriyası ermənilərə Milad ağacları bağışladı


Milad ağacı
Milad ağacı
Tehran bələdiyyəsi qarşıdan gələn Milad və Yeni İl bayramları ilə əlaqədar şəhərin erməni sakinlərinə Milad ağacları hədiyyə edib.

Tehran merinə yaxınlığı ilə tanınan Mehrnews agentliyi xəbər verir ki, meriya İran paytaxtındakı “Persian” otelində böyük Milad ağacının qurulmasını təşkil edib.

Agentlik farsca yayınladığı xəbərdə bildirir ki, Tehranın dörd məhəlləsində ən gözəl Milad ağacı müsabiqəsi keçirib.

Əhalisinin böyük əksəriyyəti şiə müsəlmanlardan ibarət olan İranda xristian azlıq kimi erməni icmalarına bir sıra imtiyazlar verilib.
XS
SM
MD
LG