Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

SOCAR Yunanıstan şirkətiylə alqı-satqı müqaviləsi imzalayıb


-
Yunanıstanın DESFA şirkətinə məxsus səhmlərin əsas hissəsinin alqı-satqı müqaviləsi imzalanıb.

SOCAR-ın saytının yaydığı məlumata görə, müqavilə dekabrın 21-də imzalanıb.

“ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb”.

İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

İmzalanma mərasimində bildirilib ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG