Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:58

Mikhail Khodorkovsky Berlində mətbuat konfransı keçirəcək


Mikhail Khodorkovsky almaniyalı deputat Marieluise Beck-lə birlikdə

Mikhail Khodorkovsky almaniyalı deputat Marieluise Beck-lə birlikdə

-
Rusiyanın keçmiş neft naqnatı Mikhail Khodorkovsky bu gün Berlində mətbuat konfransı keçirəcək.
Khodorkovsky Berlinə cümə günü azadlığa buraxılandan sonra gəlib. Dünən o burda valideynləri Marina və Boris Khodorkovskylərlə və oğlu Pavellə görüşüb. Berlinə onun həyat yoldaşı İnnanın da gələcəyi gözlənilir.
France-Presse agentliyinin məlumatına görə, Mikhail Khodorkovskynin çoxdankı dostu, Almaniya bundestaqının deputatı Mariluize Bek onunla görüşüb. Görüşdən sonra deyib ki, Khodorkovskynin indi Rusiyaya qayıtması məsələsi gündəlikdə deyil.
Şənbə günü Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Mikhail Khodorkovsky Rusiyaya qayıda bilər.
Keçmiş neft maqnatı dekabrın 20-də prezident Vladimir Putinin fərmanı ilə əfv edilib. Putin onu anasının ciddi xəstə olması və cəzasının 10 ilini çəkməsinə görə əfv edib.
Mikhail Khodorkovsky Berlinə gələndən sonra demişdi ki, əfv haqqında ərizə yazıb. Ancaq ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG