Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

Putin gəncləri KQB-yə çağırır


-
Rusiya prezidenti Vladimir Putin gəncləri dövlət təhlükəsizlik orqanlarında işləməyə çağırıb.

Dekabrın 20-də dövlət təhlükəsizlik işçilərinin günündə çıxış edən prezident deyib ki, dövlət bu quruma perspektivli gəncləri cəlb etmək üçün bu orqanlarda çalışanların sosial statusu möhkəmləndiriləcək.

Putin bunun Rusiyanın beynəlxalq arenada nüfuzunu zəiflətmək cəhdlərinə qarşı lazım olduğunu qeyd edib.

Prezidentin fikrincə, Rusiyanın təsirini zəiflətmək üçün «yumşaq güc» mexanizmləri və digər tanınmış üsullardan istifadə olunur.

«Bizim belə cəhdlərə müqavimət göstərməyimiz lazımdır», - deyə Putin bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG