Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

Məcburi köçkünlәr yolu bağladılar


-
Bәrdә rayonunun Həsənqaya kəndində məskunlaşan mәcburi köçkünlәr etiraz aksiyası keçiriblər.

ANS-in verdiyi xəbərə görə, məcburi köçkünlər yeni məskunlaşdıqları mənzillərin istilik sistemləri ilə təmin olunmasını tələb ediblər.

Bərdə polisindən verilən məlumata görə, mәcburi köçkünlәr Yevlax-Ağdam magistral avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Hadisə yerinə gələn rayon icra hakimiyyәtinin və rayon polis şöbәsinin әmәkdaşları ilə danışıqdan sonra onlar yoldan çəkiliblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları problemin yaxın bir neçə gün ərzində hәll edilәcәyini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG