Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

Obama: 2014 dönüş ili olacaq


Barack Obama
Barack Obama
-
Dekabrın 20-də ilin son mətbuat konfransını keçirən prezident Barack Obama 2014-cü ilin Amerika tarixində dönüş ili olacağını deyib.

Miqrasiya islahatları, işsizlərə maddi dəstək, vətəndaşların telefon və elektron yazışmalarının izlənməsinə dəyişikliklərlə bağlı hazırlanan layihələrə toxunan prezident deyib ki, o, bu baxımdan 2014-cü ilin Amerikanın tarixində dönüş ili olacağına çox inanır.

Sığorta islahatlarının iflasa uğraması ilə bağlı verilən suala cavab olaraq Obama deyib ki, «Bu gün bir neçə milyon amerikalının hələ dünən olmayan tibbi sığortası var».

«Reytinqinizin kəskin aşağı düşməsi sizi narahat etmirmi» sualına Obama «Mənimlə bağlı uğursuzluq keçmişdə baş verib. Mən ancaq reytinqlə bağlı fikirləşsəydim, onda siyasətə heç vaxt getməzdim» deyib.

Xarici siyasətə toxunan prezident bəyan edib ki, Vaşinqtonla İran nüvə məsələsi ilə bağlı danışıqları davam etdirdiyi ərəfədə İrana qarşı əlavə sanksiyaları nəzərdə tutan bütün qətnamələrə veto qoyacaq.

Mətbuat konfransından bir-neçə saat sonra prezident ailəsi ilə hər il qış istirahəti keçirdiyi Havay adalarına yollanıb.
XS
SM
MD
LG