Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Qazprom Arktikada neft hasilatına başladı


Qazprom elan edib ki, Arktik zonada Priazlomnoye yatağında neft çıxarılmasına başlayıb.

Şirkət sədri Millerin bəyanatında deyilir ki, Qazprom Arktikada belə fəaliyyət göstərən ilk Rusiya şirkətidir.

Yataqda işlərin başlanması dəfələrlə yubadılıb. Buna səbəb avadanlığın köhnə olması və səhmdarların tərkibinin dəyişməsi olurdu.

Ekologiya müdafiəçiləri də bu layihəni tənqid edirlər. Onların fikrincə, bu, Arktikanın ekologiyasını dəyişir. Greenpeace təşkilatının 30 fəalı sentyabr ayında tutulanda məhz bu yataqda neft hasilatına etiraz edirdi. Sonradan Putinin əfv fərmanı ilə onlar azadlığa çıxdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG