Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

Avropa Birliyi Anar Məmmədlinin həbsindən ciddi narahatdır


Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Štefan Füle dekabrın 20-də yaydıqları birgə bəyanatlarında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinin ciddi narahatlıq doğurduğu qeyd edilir.

Ashton və Fule Azərbaycan hakimiyyətini Anar Məmmədliyə qarşı ittihamların sürətli, ədalətli, şəffaf və müstəqil şəkildə, siyasi təsirlərdən kənar formadan araşdırılmasını təmin etməyə çağırırlar.”

Bəyanatda daha sonra qeyd edilir ki, Avropa Birliyi Anar Məmmədli və Azərbaycanda başqa ictimai qurumlar və fəal şəxslər əleyhinə aparılan hüquqi prosedurları yaxından izləyəcək.

Anar Məmmədlinin həbsi ilə bağlı bundan əvvəl də çağırışlar səslənib.
Respublika Prokurorluğu dekabrın 20-də verdiyi bəyanatında həmin çağırışları “ölkənin daxili işlərinə müdaxilə adlandırır.
XS
SM
MD
LG