Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10
-
Dekabrın 19-da “Yeni uşaq mahnıları -2013” müsabiqəsinin yekun konserti keçirildi. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə təqdim olunan mahnılardan 10-u qalıb adını qazandı.

Mərkəzin rəhbəri İradə Yaqubova yeni uşaq mahnılarının yaranması üçün bu cür müsabiqələrin keçilriməsinin vacibliyini vurğuladı. Bu layihədə qalib mahnıların “Kukla”, “Cücələrim” kimi seviləcəyini, uzun illər yaddaşlarda qalacağını bildirdi.

Konsertdə “Bənövşə” uşaq teatrı, “Azəri inciləri” kollektivi, Azərbaycan Dövlət Kukla Teatrının akyorları və başqaları çıxış etdi.

Azərbaycanın incəsənət xadimləri ilə yanaşı tədbirdə dövlət strukturları və beynəlxalq təşkilatlar da iştirak edirdi.

“Yeni uşaq mahnıları- 2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertinin sonunda uşaqlar birlikdə “Dostluq himni”ni ifa etdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG