Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:27

Khodorkovski Rusiyanı tərk edib


Rusiyanın keçmiş oliqarxı Khodorkovski həbsxanadan azad olan kimi Almaniyaya uçan təyyarəyə minib və Rusiyanı tərk edib. Bu məlumatı Rusiyanın həbsxanalar üzrə xidməti verir.

Khodorkovskinin anası hazırda xəstədir və Almaniyada müalicə olunur. Rusiya prezidenti Putin Khodorkovskini əfv etmək istədiyini deyəndə onun anasının xəstə olması əsas gətirilirdi.

Khodorkovskini Rusiya prezidenti Putin gözlənilmədən cümə günü əfv edib. Khodorkovskinin vəkilləri onun əfv istəməsi barədə məlumatları təkzib edib.

Vaxtilə Yukos neft şirkətinə başçılıq edən Khodorkovski 2003-cü ildə vergidən yayınma ittihamı ilə həbs olunmuşdu. Onun həbs müddəti gələn ilin avqustunda bitirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG