Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

Avropa Birliyinin Azərbaycan nümayəndəliyi yeni layihəyə 3 milyon avro ayırdı


-
Avropa Birliyi 2013-cü il üzrə Avropa İnsan Hüquqları və Demokratiya Aləti və Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizmi çərçivəsində Təkliflərin verilməsinə dəvət elan edib. Dəvətin məqsədi Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviq olunmasında, eləcə də vətəndaş iştirakı və təmsilçiliyin artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirməkdir.

Təkliflərin verilməsinə dəvət iki lotdan ibarətdir ki, hər bir lotun öz konkret məqsədləri vardır. 1-ci Lotda məqsəd əsas insan hüquqlarına və fundamental azadlıqlara riayət edilməsi ilə bağlı vəziyyəti yaxşılaşdırmaqdır. 2-ci Lotda məqsəd isə ədliyyə və qanunun aliliyinin təşviqində vətəndaş cəmiyyətinin rolunu gücləndirməkdir.

Təkliflərin verilməsinə bu Dəvət üçün ayrılmış büdcə 2 milyon 900 min avrodur.

Müraciətlərin təqdim edilməsi üçün son müddət 24 fevral 2014-cü il tarixidir.

Müraciətlərin verilməsi qaydalarının bütün təfərrüatlarını Aİ Nümayəndəliyinin internet səhifəsində (19/12/2013 tarixli) xəbərlər bölməsindən əldə etmək olar.
XS
SM
MD
LG