Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Obama istənilən yeni İran sanksiyalarına veto qoyacaq


Ağ Ev bildirib ki, İrana qarşı yeni sanksiyalara prezident Obama veto qoyacaq.
Ağ Evin bu bəyanatına səbəb 26 senatorun yeni qanunvericilik təşəbbüsü irəli sürməsidir.

13 respublikaçı və 13 demokrat senatorun hazırladığı qanun layihəsi noyabrda beynəlxalq aləmlə razılaşmaları İranın pozacağı və ya bu razılaşmaların sazişlə nəticələnməyəcəyi təqdirdə İran iqtisadiyyatına qarşı yeni sanksiyaları nəzərdə tutur.
Ağ Evin sözçüsü Carney deyib ki, bu qanun layihəsi lüzumsuzdur və ola bilsin, hətta ziyanlıdır.
XS
SM
MD
LG