Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36
-

Kultura.az mədəniyyət portalı oxuculara müraciət edərək Yeni ildə öz yaxınlarına kitab alıb hədiyyə etməyə, bu köhnə ənənəni yaşatmağa çağırıb.

"Hörmətli bəylər və xanımlar, qarşıdan Yeni İl bayramı gəlir. Ölkədə kitab satışını və kitabın təbliğatını gücləndirmək, kitabın bir dəyər olduğunu bir daha göstərmək üçün növbəti fürsətdən yararlanmaq fikrindəyik.

Kultura.az saytı olaraq, bayram günlərində övladlarınıza, dostlarınıza, tanışlarınıza, iş yoldaşlarınıza, ailə üzvlərinizə, sevgilinizə kitab hədiyyə etməyi xahiş edirik. İstərdik ki, hər bir maarifpərvər və tərəqqipərvər azərbaycanlı bu çağırışımıza dəstək versin.

Bayram günlərində yaxınlarımıza kitab hədiyyə etmək ənənəsini yenidən bərpa etmək, bu ənənəni xatırlamaq hər bir maarifpərvər və tərəqqipərvər azərbaycanlının mənəvi borcudur.

Hər bir ailə başçısından, hər bir firma, müəssisə rəhbərindən bu çağırışa maksimum dəstək vermək xahiş olunur.

Eləcə də Türkiyədə, Rusiyada, Avropada və dünyanın müxtəlif ölkələrində yaşayan dostlarımızı da bu çağırışa qoşulmağa səsləyirik. Xaricdə yaşayan dostlarımızın Azərbaycanın mədəni həyatına öz töhfələrini verməyi, ehtiyac duyulan kitabları Azərbaycana göndərmələrini xahiş edirik.

İmkanı olan hər bir kəs insanların kitabla təmin olunmasını öz mənəvi borcu hesab etməlidir. Bu bayram günlərində tələbələri yada salmağınız, onlara imkan daxilində maddi dəstək göstərməyiniz, bizim fikrimizcə, edə biləcəyiniz ən gözəl əməllərdən biri olardı".

Günün bütün mövzuları

XS
SM
MD
LG