Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

Barack Obamadan veto təhdidi


Barack Obama
Barack Obama
-
ABŞ prezidenti Barack Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq. Bunu Ağ Ev bildirib.

Cümə axşamı 26 senator – yaxud Senatın dörddə biri – İrana yeni sanksiyalara dair layihə hazırlayıb. 13 respublikaçı və 13 demokratın dəstəklədiyi layihə İran iqtisadiyyatına sanksiyalar nəzərdə tutur. İslam respublikası noyabrda dünya gücləri ilə imzalanmış aralıq nüvə razılaşmasını pozarsa, yaxud İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması üçün yekun razılıq əldə olunmazsa, senatorlar bu sanksiyaların tətbiqini istəyir.

Ağ Evin sözçüsü Jay Carney layihəni lüzumsuz və ziyanlı sayıb, bunun İranla hazırkı danışıqları sarsıdacağını bildirib. Cümə axşamı Cenevrədə altı ölkə və İrandan olan ekspertlər nüvə danışıqlarını bərpa ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG