Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

Avropa Birliyi Ukraynanı müzakirə edəcək


Ukraynada etiraz aksiyalarından çəkilmiş foto

Ukraynada etiraz aksiyalarından çəkilmiş foto

-
Cümə günü Avropa liderləri Ukraynanın Avropa Birliyi ilə ticarət və assosiasiya sazişindən imtinasının nəticələrini müzakirə edəcək. Brüsseldə AB-nin samiti keçirilir.
Ukrayna prezidenti Viktor Yanukovych noyabrda bu sazişləri imzalamaqdan imtina edib. Nəticədə Ukraynada hökumət əleyhinə kütləvi etirazlar başlayıb.
Ölkə rəsmiləri sənədləri imzalamaq üçün AB-nin yetərli yardım ayırmadığını bildirib. Bu həftə hökumət Rusiyadan 15 milyard dollarlıq maliyyə yardımı alıb. Rusiya Kiyevin AB ilə saziş imzalamaması üçün təzyiq göstərirdi.
AB bəyan edib ki, Ukrayna sənədləri imzalamağa və şərtləri yerinə yetirməyə hazırdırsa, təklif qüvvədə qalır. Assosiasiya sazişi AB-yə mümkün üzvlük yolunda əsas addımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG