Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29
-
Rusiya prezidenti Vladimir Putin məhbəsdə olan Mikhail Khodorkovsky-nin əfvi barədə sərəncam imzalayıb. Kreml bildirib ki, sərəncam dərhal qüvvəyə minir.
Putin cümə axşamı keçirdiyi mətbuat konfransından sonra belə bir niyyəti olduğunu bəyan edib. O, əfvi humanitar səbəblərlə izah edib. Belə ki, Khodorkovsky anası xəstədir.
Khodorkovsky-nin vəkilləri onun əfv istəməsi barədə məlumatları təkzib edib. Yukos neft şirkətinin keçmiş rəhbəri 2003-cü ildə, Rusiya siyasətinə fəal şəkildə qatılandan sonra həbs olunub. 2005-ci ildə vergidən yayınmada da ittiham olunub. 2010-cu ildə o, mənimsəmə ittihamı da irəli sürülüb.
Onun həbs müddəti gələn ilin avqustunda bitir. Khodorkovsky həmişə günahsız olduğunu bildirib. Tənqidçilər onun həbsini siyasi motivli sayırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG