Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

Khodorkovsky həbsxananı tərk etdi


Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky
-
Keçmiş rusiyalı oliqarx Mikhail Khodorkovsky ölkənin şimal-qərbindəki – Kareliyadakı həbsxananı tərk edib və ailəsinin yaşadığı Moskvaya yollanıb.

Khodorkovsky-nin anası Marina Khodorkovskaya üçün bu, şok xəbər olub:

“Məndə əlavə heç bir məlumat yoxdur. Hamı bildiyini bilirəm. Əlbəttə ki, özümü xoşbəxt hiss edirəm, amma hələ də nə baş verdiyini tam anlaya bilmirəm”.

Khodorkovsky-nin atası Boris deyib ki, ailənin sevincinin həddi-hüdudu yoxdur.

Rusiya prezidenti Vladimir Putin keçmiş oliqarxın əfvi haqda fərmanı cümə günü imzalayıb.

İlk olaraqsa, bu addımı atacağını dekabrın 19-dakı mətbuat konfransında açıqlamış, bunu humanitar səbəblərlə, Khodorkovsky-nin anasının xəstə olması ilə izah etmişdi.

Khodorkovsky-nin ailəsindəki mənbələr Frans press agentliyinə deyiblər ki, onun Moskvaya cümə günü axşam gəlib çıxacağını gözləyirlər.

“Russia Today” kanalının yaydığı məlumata görə, Khodokovsky əvvəlcə Petrozavodsk-dan Sankt- Petersburg-a uçacaq.

Onun vəkili Vadim Klyuvgant da müştərisinin hazırda harada olduğunu bilmir.

50 yaşlı Khodorkovsky tutulana qədər ölkənin ən böyük neft şirkətinə rəhbərlik edirdi. 2003-cü ildə onu vergidən yayınma ittihamı ilə həbs ediblər.

2010-cu ildəki ikinci məhkəmədə onu mənimsəmədə də təqsirkar bilmişdilər.

Tərəfdarları isə deyir ki, Putin hökuməti Khodorkovsky-ni siyasi motivlərlə həbs edib, çünki o, müxalifət partiyalarına maliyyə ayırmışdı.

10 ildi həbsdə yatan Khodorkovsky-nin azadlığa çıxmasına çox qalmamışdı, onun həbs müddəti 2014-cü ilin avqustunda başa çatmalıydı.

Klyuvgant onu da bildirib ki, Khodorkovsky əfv üçün ərizə yazmayıb.

Rusiyalı biznesmen və müxalif siyasətçi Mikhail Prokhorov deyib ki, Khodorkovsky-nin axır ki azadlığa buraxılmasından məmnundur.

Prokhorov 2012-ci ilin prezident seçkilərində üçüncü olmuşdu. O deyib ki, Khodorkovsky ailəsi ilə qovuşandan bir qədər sonra ona zəng edəcək.
XS
SM
MD
LG