Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza təyin olunub


Elnarə Tofiqqızı

Elnarə Tofiqqızı

-
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, E. Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın rəyi istintaqı qane etməyib.

Təqdim edilən rəydə ciddi boşluqlar və natamam faktlar olduğu əsas götürülərək, yenidən ekspertiza keçirilməsinə qərar verilib.

Komisyon rəydə bildirilib ki, aparılan ekspertiza ilə E. Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub.
E. Tofiqqızının həyat yoldaşı həyat yoldaşı Anar Niftəliyev də komisyon rəylə razılaşmayaraq, baş prokurora müraciət edib.

E. Tofiqqızı sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG