Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Konstitusiya Məhkəməsi və Ombudsman Aparatında maaşlar qaldırılır


Arxiv foto

Arxiv foto

Milli Məclisdə Konstitusiya Məhkəməsi sədrinin aylıq maaşının 1 785 manatdan 2 120 manata, Ombudsmanın maaşının isə 1 800 manatdan 20 25 manata qaldırılması planlaşdırılır. APA informasiya agentliyinin məlumatına görə hər iki sahədə qanuna dəyişiklik Milli Məclisin qarşıdakı iclaslarında müzakirə olunacaq.

Bu dəyişiklik həmçinin Konstitusiya Məhkəməsinin digər hakimlərinin və Ombudsman Aparatı işçilərinin də əməkhaqlarının avtomatik olaraq artırılması deməkdir. Çünki onlar Məhkəmənin sədrinin və Ombudsmanın maaşının cədvəl üzrə təsdiqlənmiş miqdarda faizi qədər əməkhaqqı alırlar.

Ötən həftə Milli Məclis deputatların da əməkhaqlarının 16 faizə yaxın qaldırılması barədə qanun qəbul edib.

Hökumət bundan əvvəl ölkədə yanacağın qiymətinin 30 faiz artırılması barədə qərar qəbul etmişdi.

Son prezident seçkisindən əvvəl payız aylarında isə büdcə təşkilatlarında çalışanların əməkhaqları 10 faiz artırılıb.

Tənqidçiləri həmin 10 faizlik artımın artın yanacağın bahalaşmasının yeminə çevrildiyini iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG