Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:05

Müsavat Partiyası və El Hərəkatı görüşüb.


-
Dekabrın 19-da Müsavat Partiyası ilə EL Hərəkatı nümayəndələri görüşüb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib:

«Görüşdə ictimai siyasi vəziyyətdən tutmuş bütün məsələlər müzakirə edilib. Sonda El Hərəkatına əməkdaşlıq sazişi imzalamaq təklif olunub. Qarşı tərəf bunu müsbət qarşılayıb».

Bir neçə gün öncə Müsavat Partiyası AXCP ilə də görüşmüşdü. Görüşdə onlara müttəfiqlik sazişi imzalamağı təklif etmişdi.
XS
SM
MD
LG