Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Yanukovych: "Moskva ilə sövdələşmə Avropa Birliyi ilə sıx əməkdaşlığa zidd deyil"


Viktor Yanukovych

Viktor Yanukovych

Ukrayna prezidenti Viktor Yanukovych Moskvayla Kiyev arasındakı son razılaşmaya haqq qazandırıb və qeyd edib ki, bu Ukraynanın Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etməsinə zidd deyil.

Qeyd edək ki, çərşənbə axşamı Moskvada tərəflər arasında Rusiyanın Ukraynaya 15 milyard dollar yardım verməsi və qazın qiymətinin 30 faiz ucuzlaşdırılması barədə razılaşma imzalanıb.

Yanukovyc Kiyevdə keçirdiyi mətbuat konfransında nildirib ki, bu sövdələşmədə Ukraynanın Rusiyanın rəhbərlik etdiyi vahid Gömrük İttifaqına qoşulması nəzərdə tutulmur və Kiyevin bu Avropa Birliyi ilə asosasiya sazişi imzalamasına qarşı yönəlməyib.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Müxalifət hökumətin istefası, vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edir.Hazırda Kiyevin mərkəzi meydanında etirazlar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG