Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28

Azərbaycanda və Türkmənistanda SSRİ-nin dağılmasına sevinənlər daha çox olub


Arxiv foto. Ukraynanın Donetsk şəhərində "SSRİ qiymətinə ayaqqabı" təklif edən dükan.

Arxiv foto. Ukraynanın Donetsk şəhərində "SSRİ qiymətinə ayaqqabı" təklif edən dükan.

-

Gallup-ın keçmiş sovet respublikalarında apardığı sorğunun nəticələrinə görə SSRİ-nin dağılmasından ən çox narazı qalanlar Ermənistandadır, buna ən çox sevinənlər isə Türkmənistanda.

Sovetlər Birliyinin dağılmasının 22-ci il dönümü ərəfəsində Amerikanın məşhur Gallup sorğu mərkəzi sorğu keçirib.

Sorğu keçmiş Sovet ölkələri arasında aparılıb.

Nəticələrə görə, 11 postsovet ölkəsindən 7-i birliyin dağılmasından zərərli çıxıb. Yalnız Azərbaycan, Türkmənistan və Qazaxıstan bu parçalanmada mənfəətli olub.

Ümumiyyətlə, keçmiş Sovet ölkələrinin əhalisi fayda və zərər məsələsində iki yerə bölünür: 51% deyir ki, ölkələri Sovetlər Birliyinin dağılmasından zərərli çıxmayıb.

Qalan 49% isə əksini – ölkələrinin zərər gördüyünü deyir.

Çoxları üçün 1991-ci ildə Sovetlər dağılanda yaşam elə də asan olmayıb. İnsanlar müharibə, inqilablar, ərazi münaqişələri və iqtisadi çöküşlər ağuşunda yaşayıblar.

Bununla belə, Rusiya öz keçmiş ölkələri üzərində iqtisadi və siyasi təsirini göstərməyə davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG