Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Neft Fondundan büdcəyə ayrılmaların azalmasının vergi ödəyicilərinə təsiri olmayacaq


-
2014-cü ildə Neft Fondundan büdcəyə ayrılmalar 2 milyard azalacaq. Yerli ekspertlər deyir ki, bu azalma vergi ödəyicilərinin hesabına balanslaşdırılacaq. Vergilər nazirinin Vergi Siyasəti üzrə müşaviri Akif Musayev Azadlıq Radiosuna müsahibəsində deyib ki, bu iqtisadi əsası olmayan bir fikirdir.

"Büdcə proqnozlarının müəyyən olunmasında, Neft Fondundan transferin azalması, vergilər xətti ilə proqnoz tapşırıqlarının artırılması və o artıq hissənin vergi ödəyicilərinin hesabına doldurulması, yəni onun əlavə yüklənməsi fikri qətiyyən iqtisadi əsası olmayan bir fikirdir.

Məlum olduğu kimi, vergi qanunvericiliyində vergi dərəcələrinin artırılması, vergi güzəştlərinin azaldılması və sair istiqamətdə elə bir dəyişiklik aparılmayıb".

Akif Musayevin sözlərinə görə, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına 150 milyard investisiya qoyulub.

"Sözsüz ki bu investisiyalar zaman-zaman vergi tutma bazası yaradır. Bu vergi tutma bazası nəzərə alınaraq proqnoz tapşırıqları müəyyən olunur. Vergi potensialı müəyyən bir tərkib hissələrindən formalaşır. O cümlədən bu həmin o vergi potensialının artması hesabına müəyyən olunur. Bu da iqtisadi potensialı artımla hesablanan vergilər nəzərdə tutur. Burada qətiyyən vergi ödəyicilərinə əlavə yükün verilməsi, əlavə vergi yükünün qoyulmasından söhbət getmir.

Digər tərəfdən vergi inzibatçılığının təkmilləşdirilməsi, vergidən yayınma hallarının qarşısının alınması, vergi uçotundan kənarda qalmış zaman - zaman vergi ödəyicilərinin aşkar olunub vergi uçotuna qoyulması və sair hesabına həmin o vergi proqnozu müəyyən olunur".

Günün bütün mövzuları

XS
SM
MD
LG