Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Putin: “Rusiya hələlik Kalininqradda İsgəndər raketləri yerləşdirmək barədə qərar verməyib"


Vladimir Putin

Vladimir Putin

“Rusiya hələlik Kalininqrad vilayətində İsgəndər raketləri yerləşdirilməsi barədə qərar qəbul etməyib”.

Bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında deyib.O qeyd edib ki, nüvə başlığı daşıya bilən bu raketlərin yerləşdirilməsi yalnız ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemləri qurmaq planına cavab olaraq baxılan variantlardan biridir.


Birləşmiş Ştatlar bazar ertəsi Rusiyanın Kalininqrada İsgəndər raketləri göndərməsi barədə məlumatlardan narahatlıq bildirib.Həmçinin Polşa və 3 Baltik ölkəsi bundan narahatlıq bildiriblər.

Qeyd edək ki, Moskva hələ bundan əvvəl ABŞ-ın Avropada hava hücumlarından müdafiə kompleksləri qurmasına cavab olaraq Kalininqradda bu cür raketlər yerləşdirəcəyini xəbərdarlıq edib.

Putininin marafon-konfransda mindən çox beynəlxalq jurnalistin süalına cavab verəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG