Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54

Ekologiya nazirliyinin əməkdaşına atəş açılıb


-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin mühafizə yegeri Pərviz İsmayılova odlu silahdan atəş açılıb. Bu barədə Ekologiya və təbii Sərvətlər nazirliyi məlumat yayıb.

Bildirilir ki, Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsinin qarşısını almaq üçün reyd keçirilib. Bu zaman naməlum şəxslər ov tüfəngindən atəş açıblar.

Ərazidə qanunsuz ov edən şəxslər P.İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri atəş açıb. P. İsmayılov bud nahiyəsindən yaralanıb. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG