Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:28
-
Azərbaycanlı yazıçı Zaur Həsənovun «Dağlı» əsəri Londonda keçirilən (7-11 noyabr) «Mərkəzi Asiyanı Tanıyaq» II beynəlxalq müsabiqədə Avropa və MDB-ni təmsil edən 20 ölkənin 168 namizədi arasında 1-ci yerə layiq görülüb.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Müsabiqə kollegiyasının yaydığı bəyanatda qeyd olunub ki, «Dağlı»nın süjet xətti Qafqazda son 20 ildə cərəyan edən müharibələrin bu günə kimi qaranlıq qalan faktlarını üzə çıxartmaqla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin «İskəndərnamə»sindən bəhs edərək, Qafqaz xalqlarının dəyər sistemlərini başa düşməyə kömək edib.

Xəbərdə deyilir ki, Yazıçılar Birliyinin sədri Anar Zaur Həsənovu müsabiqədə qalib gəlməsi münasibətilə təbrik edib.

Z.Həsənov Yazıçılar Birliyinin sədrinin diqqətinə çatdırıb ki, bu il keçirilən müsabiqədə azərbaycanlı yazıçılar aktiv iştirak ediblər.

«Bədii tərcümə» müsabiqəsində İan Peart və Səadət İbrahimova, «Ədəbi əsər» müsabiqəsində isə Kamal Həsənov və Samuel Qilbert yarımfinala çıxa biliblər.

Bu il Londonda baş tutan 4 günlük müsabiqə çərçivəsində 12 tədbir keçirilib, nəşriyyatların nümayəndələri ilə dəyirmi masalar, Orta Asiyadan iki sənədli filmin nümayişi, turizm və mədəniyyət üzrə təqdimatlar baş tutub.

Builki tədbirlərə 500-dən çox iştirakçı qatılıb.

Zaur Həsənovun «Dağlı» əsəri gələn il «Hertfordshire Press» tərəfindən ingilis dilində Böyük Britaniyada dərc olunacaq.

Kitabın tərcüməsini Rusiya üzrə tanımış mütəxəssis Kerolayn Valton həyata keçirir.

Azərbaycanda kitab "Qanun" nəşriyyatında Abdulla İsa təxəllüsü ilə çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG