Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Ali məktəblərə adi və milli statusun verilməsi ilə bağlı təkliflər hazırlanır


-
Təhsil Nazirliyi Azərbaycanda ali məktəblərin iki qurupa bölünərək adi və milli statusun verilməsi ilə bağlı təklifləri hazırlanır.

Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, həmin təkliflərdə bütün meyarlar müəyyənləşdiriləcək.

C.Bayramov qeyd edib ki, təkliflər hazırlanıb başa çatandan sonra hökumətə təqdim ediləcək. Onun sözlərinə görə, ali məktəblərə statusların verilməsi Təhsil Nazirliyinin bir təklifi olacaq və hökumətdə baxılandan sonra bununla bağlı son qərar veriləcək.

Cari tədris ili üzrə Azərbaycanda doktoranturaya keçiriləcək qəbul imtahanları ilə bağlı suala cavabında nazir müavini deyib ki, bununla bağlı son qərar yaxın zamanlarda veriləcək. Məlumatı APA yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG