Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43
-
Anar Məmmədli prokurorluğu məhkəməyə verir. Bu barədə “Azadlıq” qəzetinin bu günkü sayı yazıb. Baş Prokurorluğun bu açıqlamasında yazılanların yalan olduğunu bəyan edən Anar Məmmədli buna görə prokurorluğu məhkəməyə vermək niyyətindədir. Bu barədə Anar Məmmədlinin vəkili Rəşid Hacılı məlumat yayıb.

“Anar Məmmədli deyir ki, insanlar prokurorluğun açıqlamasında yazılanların qurama olduğunu bilirlər, amma kimsə bunu həqiqət kimi qəbul edə bilər. Odur ki, Anar Məmmədli nüfuzuna zərbə vurduğuna, haqqında yalanlar uydurub rəsmi şəkildə açıqladığına, həmçinin təqsirsizlik prezumpsiyası hüququnu pozduğuna görə prokurorluğu məhkəməyə vermək istəyir.”

"SƏDƏRƏK GÖMRÜK MƏNTƏQƏSİNİN RƏİSİNİN HƏBSİ BÖYÜK HADİSƏDIR"

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Bunu politoloq Elxan Şahinoğlu Türkiyədə son günlər baş verənləri şərh edərkən deyib. O “Bizim Yol” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Ərdoğanın zəiflədilməsi planının icrasına başlanıb.

“Düşünürəm ki, indiki həbslər bitməyəcək, video görüntülər müxalifətin də işini yüngülləşdirəcək. Kamal Kılıcdaroğlu bugünlərdə ABŞ səfərində Gülən camaatının nümayəndələriylə görüşmüşdü. Bununla Gülən Ərdoğana dolayısı mesaj verir ki, onun maraqlarının əleyhinə addımlar atırsansa, müxalifətin “əlini” gücləndirəcək. Son hadisələr MHP və CHP-nin “əlini” gücləndirəcək və onlar hökuməti hərtərəfli tənqid edəcəklər. Konkret olaraq, müxalifət 3 nazirin istefası məsələsini gündəmə gətirə bilər, faktiki olaraq, nazirlərin övladları rüşvət ittihamlarıyla həbs ediliblərsə, onların dövlət idarələrinə rəhbərlik etmələri Türkiyə cəmiyyətində müsbət qarşılanmayacaq.”

“AZƏRBAYCANDA MÜXALİFƏTDƏ OLMAQ QƏHRƏMANLIQDIR”

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Bunu Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində deyib. Fəxri sədr seçilməsindən sonra barəsində səslənən fikirlərə, həmçinin postsovet məkanında yaşanan proseslərə, Milli Şuranın taleyi ilə bağlı suallara cavab verib.

“İndi yüz faiz deyə bilərəm; kim Milli Şuranın mənasını, məqsədlərini yüksək qiymətləndirmirsə, deməli, o, iqtidara işləyir. Hazırda iqtidarın əsas məqsədi Milli Şuranı dağıtmaqdır. Cürbəcür bəhanə tapıb Milli Şuranı tənqid edən, bu qurumun nəticəyə nail olmadığını, seçkilərdə məğlub olduğunu deyən adamlar istər-istəməz iqtidara işləyirlər.”

ZİYALILAR HAQQINDA FİLMLƏR ÇƏKİLƏCƏK

"Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən filmlərin çəkilişi" layihəsi həyata keçirilir.

Bu barədə “Azərbaycan” qəzeti 19 dekabr buraxılışında yazıb. Qəzet yazır ki, ümumilikdə 12 ziyalı - Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib və Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG